VOLEYBOL
-------------
Voleybolçuların Heydər Əliyev Kuboku başlayıb
Azərbaycan Voleybol Federasiyası (AVF) kişi və qadın voleybolçular arasında keçirilən ölkə çempionatının ardından daha bir turnirə start verib. Sıhbət Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Heydər Əliyev kuboku” dan gedir. AVF-dan verilən məlumata görə, bu gündən etibarən start götürəcək yarışda həm qadın, həm də kişi voleybolçular mübarizə aparacaq.
Qadınların yarışında I Liqada ilk dörd pilləni tutmuş üç komanda – “Ryuga”, Murov-2”, “Xarı bülbül Şuşa” və Yüksək Liqada çıxış edən UNEC, “Azərreyl”, “Abşeron”, “Murov” komandaları yarışacaq. Cəmi 8 komanda.
Kişilərin yarışında isə I Liqada ilk dörd pilləni tutmuş üç komanda – “Təhsil”, “Express”, “Xarı bülbül-2 Şuşa” və Yüksək Liqada çıxış edən MOİK, “Murov”, “Neftçi”, “Xarı bülbül Şuşa” komandaları mübarizə aparacaqlar.
Turnir 4 gün davam edəcək. Oyunlar olimpiya sistemi ilə keçiriləcək və məğlub komandalar mübarizəni dayandıracaqlar. Qaliblər yarımfinalda üz-üzə gələcəklər. Aprelin 28-də isə kubokun final görüşləri baş tutacaq.
Qarşılaşmalar Azərbaycan Voleybol Federasiyasının idman zalında, “Murov” klubunun idman zallarında və Voleybol Mərkəzində təşkil olunacaq.
Bu gün AVF-nın idman zalında qadınlar arasında keçiriləcək oyunların təqvimi belədir:
14:00 “Ryuga” – “Abşeron”
15:30 Kubokun AÇILIŞ mərasimi
16:00 “Murov-2” – “Azərreyl”
18:00 “Xarı bülbül Şuşa” – UNEC
(Oyunlardan sonra yarımfinalın püşkatması)
Bu gün “Murov” voleybol klubunun idman zalında kişilər arasında keçiriləcək oyunların təqvimi:
14:00 “Express” - “Xarı bülbül Şuşa”
15:30 Kubokun AÇILIŞ mərasimi
16:00 “Xarı bülbül-2 Şuşa” – “Murov”
18:00 “Təhsil” - MOİK
(Oyunlardan sonra yarımfinalın püşkatması)
Qadınların sabah Voleybol Mərkəzində keçiriləcək yarımfinal oyunları:
14:00 Birinci oyun
16:00 İkinci oyun
27.04.2023 tarixdə kişilərin Voleybol Mərkəzində keçiriləcəkyarımfinal oyunları:
16:00 Birinci oyun
18:00 İkinci oyun
28.04.2023
16:00 Final (qadınlar) (CBC SPORT-canlı)
18:00 Final (kişilər) (CBC SPORT-canlı)
Hər iki final oyunu Voleybol Mərkəzində təşkil ediləcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.