GÜLƏŞ
------------------------------
Azərbaycanın sərbəst güləş yığması Avropa çempionudur!
Xorvatiyanın paytaxtı Zaqrebdə güləin hər 3 növü üzrə keçirilən Avropa çempionatı Azərbaycanın sərbəst güləş üzrə yığması üçün uğurlu olub. Belə ki, millimiz qitə birinciliyində 2 qızıl, 2 gümüş və 2 bürünc olmaqla, 6 medal qazanıb. Bu nəticələrlə komandamız 150 xal toplayaraq Avropa çempionu olub. Komanda hesabında Gürcüstan (137) ikinci, Türkiyə (115) isə üçüncü yeri tutub. Bu, sərbəst güləş üzrə yığmamızın ardıcıl 2-ci, ümumilikdə isə 4-cü Avropa çempionluğu olub.
Komandamız medalların əyarına görə də bütün ölkələri qabaqlayıb. Millimiz həm də bu göstəricidə özünün son 4 ildə ən yaxşı nəticəsinə imza atıb.
Bir daha qeyd edək ki, millimizin üzvlərindən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) bütün görüşlərini qələbə ilə bitirərək Avropa çempionu olub. Hacı Əliyev özünün sayca 4-cü çempionluğunu qeyd edib. Yalnız həlledici finalda büdrəyən Osman Nurmaqomedovla (92 kq) Maqomedxan Maqomedov (97 kq) gümüş, Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) isə bürünc medal qazanıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.