FUTZAL
------------------------
"Araz" təqibçisini darmadağın edib
Bu gün futzal üzrə ölkə çempionatının yüksık liqasında sayca 18-ci turun oyunları keçirilib. Turun və günün mərkəzi oyunu yarış cədvəlinə vahid liderlik edən "Araz-Naxçıvan"la yarış cədvəlində onun ən yaxın təqibçisi olan "Baku Fayr" arasında olub. "Olimpik Star" zalında keçirilən həmin oyunda "Araz" təqibçisini darmadağın edib - 6:1.
Turun digər oyunlarına gəlincə, yarış cədvəlinin iki autsayderindən biri olan "Alyans" gözləmədən ortabablardan sayılan "Rekord klub"u minimal hesabla məğlubiyyətə uğradıb - 5:4. Daha bir görüşdə isə yarış cədvəlinin ilk üçlüyünü tamamlayan "Neftçi" cədvəlin sonuncu pilləsində qərarlaşan U-19 yığmanın 4 top fərqiylə məyus edib - 8:4.
Komandaların yarış cədvəli: Araz – 52 xal, Baku Fayr – 40, Neftçi – 35, Rekord klub- 18, Аlyans – 9, U-19 – 6.
Qeyd: 1-6 may günlərində Bakıda futzal üzrə ilk beynəlxalq turnir keçiriləcək. Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan bu turnirdə 10 komanda mübarizə aparacaq. Ev sahibi olan Azərbaycan Çexiya (1 may), İtaliya (2 may). Gürcüstan (3 may) Serbiya (4 may) millisi ilə birlikdə A qrupunda mübarizə aparacaq. Turnirin B qrupunda isə Türkiyə. Fransa, Qazaxıstan, Ukrayna və CAR millisi yer alıb.
Oyunlar Bakı Tennis Akademiyasının zalında keçiriləcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.