Xorvatiyanın paytaxtı Zaqrebdə idman güləşi üzrə keçirilən və Azərbaycan pəhləvanlarının da iştirak etdiyi Avropa çempionatı davam edir. Sərbəst və qadın güləşçilərdən sonra meydan yunan-Romaçıların ("klassiklər") ixtiyarına verilib. "Klassiklər"in dünənə təsadüf edən ilk yarış günü 5 güləşçimiz döşək üzərinə çıxıb. Onlardan isə 3-ü daha yaxşı güləşərək finala yüksəlib və çempionluq, biri isə bürünc medal uğrunda mübarizə aparmaq imkanı qazanıb. Azərbaycan güləş Federasiyasından verilən məlumata görə, ikiqat Avropa çempionu Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və Sabah Şəriəti (130 kq) yarımfinal qarşılaşmasını da qələbə ilə başa vuraraq, finala yüksəlib. Bu axsam saatlarında keçiriləcək final görüşlərində Əzizli Adem Uzunla (Türkiyə), Məmmədov Leri Abduladze (Gürcüstan), Şəriəti isə Riza Kayalpla (Türkiyə) güləşəcək. Son iki ildə öz çəkisinin qalibi olan Eldəniz Əzizli titulunu qorya bilsə 3 qat avropa çempionu olacaq. Daha bir təmsilçimiz İslam Abbasovsa (87 kq) gürcüstanlı Laşe Qobadzeylə üüçüncü yer uğrunda üzləşəcək.
AÇ-nın bu günə təsadüf edən 6-cı günü uisə daha 5 "klassikimiz" mübarizəyə qatılıb. Bu beşlikdənsə Həsrət Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq) və Rafiq Hüseynov (82 kq) yarımfinala qədər irəliləyə bilib. Təəssüflər olsun ki, bu gün mübarizəyə qatılan güləşçilərimizdən Nihat Məmmədli (60 kq) elə startdaca Bolqarıstandan olan erməni əsilli Edmond Nazaryana, Arif Niftullayevsə (97 kq) çexiyalı Artur Omarova uduzaraq, mübarizəni erkən dayandırıb.
Xatırladaq ki, AÇ-nın ilk 5 günündə Azərbaycan yığması 3-ü qızıl, 3-ü gümüş və 2-si bürünc əyarlı olmaqla 8 medal qazanıb. Bu medallardan bir qızıl və bir gümüş qadınların payına düşüb. Qadın yığmamızın lideri Mariya Stadnik (50 kq) 10-cu dəfə Avropa çempionu olub. Gümüş medalı isə həlledici görüşdə ukrayna təmsilçisinəı uduzan Jalə Əliyeva (57 kq) qazanıb. Sərbəst güləşçilərə gəlincə, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (70 kq, 4-cü dəfə) qızıl, Osman Nurmaqomedovla (92 kq) Maqomedxan Maqomedov (97 kq) gümüş, Abubakr Abakarovla (86 kq) Qeorqi Meşvildişvili (125 kq) isə bürünc medala sahib çıxıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.