"Milan"sa "Napoli"nin yolunu kəsib
Dünən axşam UEFA Çempionlar Liqasının 1\4 final mərhəlsə çərçivəsində cavab oyunlarına start verilib. İlk olaraq, münasibətləri ayırd etmək üçün İngiltərənin "Çelsi" klubu Londondakı "Stemford Bric" stadionunda Madridin (İspaniya) "Real"ını, İtaliya A seriyasına liderlik edən "Napoli" isə San-Paolo" stadionunda A seriyasında 4-cü olan "Milan"ı qəbul edib. Qeyd edək ki, hər iki qarşılaşma qonaq komandaların xeyrinə bitib. Xatırladaq ki, bir həftə öncə "Santuyqao Bernabeu"da "Çelsi"ni 2 cavabsız qolla məğlub edən "Kral klubu" bu dəfə də meydanı qələbə ilə tərk edib. Özünü heç də qonaq kimi aparmayan "Kral klubu" "Zadəganlar"ı bu dəfə də iki qolla məyus edib. Hər iki qolun müəllifi Rodriqo (58 və 80-ci dəqiqə) olub. Bununla da iki oyunda "Çelsi"ni 4:0 hesabla məğlubiyyətə uğradan "Real" adını yarımfinala yazdırıb. Bununla da "Kral klubu" son 13 mövsümda 11-ci dəfə ÇL-nın yarımfinalına çıxıb. Bu uğur klubun baş məşqçisi Karlo Ançelotti üçün də əlamətdar olub. Belə ki, italiyalı mütəxəssis 9 dəfə ÇL-nın yarımfinalına çıxmaqla Pep Qvardiolanın ("Mançester Siti") rekordunu təkrarlayıb.
İtalyanın Neapol şəhərində baş tutan "Napoli" - "Milan" matçı isə sülh şəraitində başa çatıb. Qeyd edək ki, "Milan"ın oyunçusu Jirunun 43-cü dəqiqədə vurduğu qola "Napoli" yalnız 90-cı dəqiqədə Osimxenin qolu ilə cavab verə bilib. "Milan" ilk oyunda 1:0 hesabı ilə qalib gəldiyi üçün yarımfinala çıxmaq hüququ qazanıb. Bununla da "Rossionerlər" 16 illik fasilədən sonra yenidən ÇL-nın yarımfinalına yüksəlib. Xatırladaq ki, "Milan" son dəfə 2007-ci ildə "Liverpul"u (İngiltərə) 261 hesabla udaraq yarımfinala çıxıb və ardından da finalı udaraq turniin qalibi olub.
Qeyd: "Çelsi" - "Real" matçında diqqət çəkən məqamlardan biri, matçdan sonra birincinin gənc məşqçisi Frank Lempardın daha təcrübəli məşqçi, vaxtı ilə onun rəhbərliyi altında futol oyandığı Karlo Ançelottini səmimi qucaqlaması olub.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.