Mariya Stadnik də AÇ-da finala yüksəlib
Zaqrebdə (Xorvatiya) güləş üzrə keçirilən Avropa çempionatı davam edir. Çempionatın ikinci günü daha 5 sərbəst güləşçimiz mübarizəyə qatılıb ki, onlardan da biri - Osman Nurmaqomedov (92 kq) finala yüksəlib. Digərlərinə gəlincə, İntiqam Vəlizadənin (61 kq) erkən mübarizəni dayandırdığı bu yarış günündə, Cəbrayıl Hacıyev (74 kq), Abubakr Abakarov (86 kq) və Qeorqiy Meşvildişvili (125 kq) isə bürünc medal uğrunda mübarizə aparmaq imkanı qazanıb. Çempionatda həm bürünc medallar, həm də çempionluq uğrunda final görüşlər bu axşam keçiriləcək. Nurmaqomedov çempionluq uğrunda türkiyəli Feyzulla Aktürklə güləşəcək.
Yeri gəlmişkən, bu gün çempionatda qadınlar da mübarizəyə başlayıblar. Qeyd edək ki, bu gün 3 qadın təmsilçimiz döşək üzərinə çıxıb ki, onlardan da biri - yığmamızın lideri Mariya Stadnik (50 kq) finala yüksəlib. Elnurə Məmmədova (55 kq) və Alena Kolesniksə (59 kq) isə bürünc medal uğrunda güləşmək imkanı qazanıb. Medallar uğrunda bu görüşlər sabah keçiriləcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.