Monte-Karloda (Monako) tennis üzrə keçirilən və mükafat fondu 6 228 295 avro təşkil edən "Rolex Monte-Carlo Maters" turniri həlledici final qarşılaşması ilə başa çatıb. "Masters" seriyasından olan bu turnirin qalibi adını finalda danimarkalı Xolqer Runeni məğlub (5:7, 6:2, 7:5) edən Andrey Rublev (Rusiya) qazanıb. Qeyd edək ki, karyerasında ilk dəfə "Masters" turnirin qazanan Rublev bununla özünün 13-cü tituluna sahib olub. Bu final matçından sonra Rublev reytinq cədvəlində yenə də 6-cı pillədə qalsa da, Rune bir pillə irəliləməklə 7-ci yerə qalxıb.
Qeyd edək ki, bəlli turnirin 3-cü mərhələsində məğlub olaraq mübarizəni dayandıran və bu səbəbdən də raketkasını sındıran serbiyalı Novak Cokoviç yen də dünyanın bir nömrəli raketka ustası olaraq da qalıb. İspaniyalı Karlos Alkarasın əvvəlki kimi ikinci olduğu reytinq cədvəlində yunanıstanlı Stefano Tsitsipas 3-cü pillədən 5-ci yerə düşüb. Əvəzində Kasper Ruud (Norveç) 4-dən 3-ə, rusiyalı Daniil Medvedevsə 5-dən 4-ə qalxıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.