Bu gün qadın voleybol klubları arasında Azərbycan çempionatının final seriyasında sayca 3-cü görüş keçiriləcək. Bakı Voleybol Mərkəzində təşkil ediləcək bu görüşdə hazırki Azərbaycan çemöionu "Abşeron"la ölkə voleybolunun flaqmanı sayılan "Azərreyl" qarşılaşacaq. Oyun saat 15:30-da başlayacaq. Xatırladaq ki, final seriyasında baş tutan ilk iki qarşılaşmada "Azərreyl" qalib gəlib. Reqlamentə görə, final seriyası rəqiblərdən hər hansı birinin 3-cü qələbəsinədək davam edəcək. Odur ki, əgər bu gün də "Azərreyl" qalib gələrsə, onda reqlamentdə döstərildiyi kimi 3-cü qələbəsinə qazanmış komanda kimi Azərbaycan çempionu adını özünə təmin edəcək. Əks halda seriya davam etdiriləcək. Bu gün qadınlar arasında 3-cü yer uğrunda da görüş keçiriləcək. İlk iki görüşdə UNEC-i məğlub edərək 2:0 hesabla irəlidə olan "Murov" şübhəsiz ki, bu gün 3-cü qələbəsini qazanaraq, bürünc medalı özünə təmin etməyə çalışacaq.
Aprelin 20-də isə kişi voleybol klubları arasında analoji oyunlar keçiriləcək. Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, saat 14:00-da Bakı Voleybol Mərkəzində "Neftçi" ilə MOİK arasında 3-cü yer uğrunda üçüncü görüş başlanacaq. Saat 16:00-da isə eyni məkanda çempionluq uğrunda "Xarı-bülbül"lə "Murov" qarşılşacaq. Xatırladaq ki, ilk iki qarşılaşmadan sonra "Xarı-bülbül"lə "Neftçi" ümumi hesabda 2:0 irəlidir. Odu ki, bu oyunlarla həm final, həm də üçüncülük uğrunda görüşlərə yekun vurula bilər.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.