Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə idman güləşi üzrə dünya çempionatına start verilib. Sərbəst güləşçilərin çıxışı ilə başlayan mundialın ilk günü çəkisi 57, 65, 70, 79 və 97 kq olan pəhləvanlar mübarizəyə qatılıblar. Ən çıx diqqətçəkən məqam 3 qat dünya və Avropa çempionu adını daşıyan Hacı Əliyevin çıxışı olub. Bu mundiala yeni çəkidə (70 kq) qatılan Əliyev start görüşündə italiyalı rəqibi Canluku Talamonu 1261 hesabla udaraq 1\4 finala yüksəlib. O, bu mərhələdə Almaniya təmsilçisi Kevin Henkellə qarşılaşacaq. Digər pəhləvanlarımıza gəlincə, 79 kq-da Səbuhi Əmiraslanov 1\8 finalda İman Maxdavini (UWW) - 3:0, 97 kq-da döşək üzərinə çıxan Maqomedxan Maqomedovsa 1\8 finalda Benjamin Xonisi (İtaliya) 12:2 hesabla məğlub edib. Maqomedxan 1\4 finalda isveçrəli Samuel Şerrerlə qarşılaşacaq.
Daha iki güləşçimiz isə hələlik mübarizəyə başlamayıb. Onlardan Əliabbas Rzazadə (57 kq) 1/4 finaldan yarışa qoşulacaq. Rəqib Anatoli Buruian (Moldova) - Horst Ler (Almaniya) görüşünün qalibi olacaq. Əli Rəhimzadə (65 kq) isə 1/8 finalda albaniyalı İslam Dudayevlə üz-üzə gələcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.