Mayın 7-dən 14-dək Qətərin paytaxtı Dohada kişi və qadın cüdoçular arasında ilin ən məsul yarışı olan dünya çempionatı keçiriləcək. 9 gün davam edəcək bu mundialda Azərbaycan cüdoçuları da medallar uğrunda mübarizə aparacaqlar. Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, mundialın başlanmasına hələ 3 həftədən də çox vaxtın qalmasına baxmayaraq, artıq yığmanın məşqçilər korpusu heyəti müəyyənləşdirib. Heyətə 4-ü qadın olmaqla 13 tatami ustası cəlb edilib.
Beləliklə, performans direktor Mark van der Ham, kişilərdən ibarət milli yığmanın baş məşqçisi Riçard Trautman, qadınlardan ibarət milli yığmanın baş məşqçisi Rəşad Məmmədov, böyük məşqçi Elçin İsmayılov və böyük performans analitik Zaur Babayevin rəhbərliyi altında mundiala qatılacaq Azərbaycan yığmasının heyətində qadınlardan Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva, Aydan Əliyeva (hər ikisi 52 kq), kişilərdənsə, Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), Hidayət Heydərov (73 kq), Səid Mollai (81 kq), Məmmədəli Mehdiyev, Murad Fətiyev (hər ikisi 90 kq), Zelim Kotsoyev (100 kq) və ən ağırımız olan Uşanqi Kokuari (+100 kq) yer alıb.
Qeyd edək ki, dünya çempionatında fərdi yarışlar 7-13 may tarixlərində, komanda yarışları isə 14 mayda baş tutacaq. Bütün görüşlər Dohada yerləşən “Ali Bin Hamad al-Attiyah Arena”-da keçiriləcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.