Dünən Polşanın Poznan şəhərində gənc cüdoçular arasında Avropa Kuboku turnirinə start verilib. Turnirin ilk gününü Azərbaycan cüdoçuları üçün uğurlu olub. Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, turnirin start günü cüdoçularımız 1-i gümüş, 3-ü bürünc əyarlı olmaqla 4medal qazanıblar.
Qeyd edək ki, turnirin ilk günü 5 çəki dərəcəsində 11 cüdoçumuz medallar uğrunda mübarizə aparıb ki, onlardan da ən yaxşı nəticəni Qədir Hüseynov (73 kq) göstərib. O, yalnız həlledici finalda uduzaraq, gümüş medala layiq görülüb. Süleyman Əliyev (60 kq), Aydın Rzayev (66 kq) və Nərmin Əmirli (-78 kq) isə çıxışını üçüncü pillədə bitirməklə bürünc medalla kifayətlənib. Daha bir təmsilçimiz - Nicat Nağıyevsə (66 kq) bürünc medal uğrunda qarşılaşmada məğlub laraq, 5-ci olub.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.