BASKETBOL
------------------------------
"Sabah" "NTD"ni məğlub edərək liderliyi ondan alıb "AAAF Xırdalan"sa adını pley-offa yazdırıb
Dünən kişi basketbolçular arasında 26-cı turun ikioyunu keçirilib. Bu oyunların nəticəsindən asılı olaraq, həm yarış cədvəlində lider dəyişikliyi olub, həm də 4-cü pley-offçu müəyyənləşib. "Sərhədçi" Olimpiya İdman Kompleksində keçirilən ilk oyunda "Sabah"la "NTD" qarşılaşıb. Yarış cədvəlinin ilk iki pilləsində ye alan bu yaxın qonşuların qarşılaşması "Sabah"ın qələbəsi ilə başa çatıb - 75:70 (21:21, 16:21, 24:16, 13:12). Bu qələbədən sonra "NTD" ilə arasında olan xal fərqini bərabərləşdirən "Sabah" hələ üstəlik cədvəldə birinci pilləyə yüksəlib. Günün ikinci matçında isə "AAAF Xırdalan"la "Sərhədçi" münasibətlərə aydınlıq gətirib. Görüş 96:89 (32:26, 21:20, 18:27, 25:16) hesabla birincinin xeyrinə bitib. Bu isə "AAAF Xırdalan"a yarış cədvəlində 4-cü olmaq və adını pley-off iştirakçıları sırasına yazdırmaq imkanı verib. Xatırladaq ki, "AAAF Xırdalan"dan öncə "Sabah", "NTD" və "Gəncə" pley-offa vəsiqə qazanıb. Bu gün keçiriləcək "Zirvə" (Astara) - "Olimpik" (Şəki) oyunu ilə hesabat turuna yekun vurulacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.