Aprelin 17-dən 23-dək Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə (yunan-Roma, sərbəst və qadın güləşi) Avropa çempionatı keçiriləcək. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, ölkəmizi bu mötəbər yarışda təmsil edəcək hər üç yığmanın heyəti müəyyənləşib. Yarışın ilk günlərində (17-19 aprel) sərbəst güləşçilər mübarizə aparacaqlar. Qeyd edək ki, yığmanın yeni baş məşqçisi Xetaq Qazyumovun rəhbərliyi altında AÇ-da iştirak edəcək yığmanın heyətinə Əliabbas Rzazadə (57 kq), İntiqam Vəlizadə (61 kq), Əli Rəhimzadə (65 kq), Hacı Əliyev (70 kq), Cəbrayıl Qadjiyev (74 kq), Səbuhi Əmiraslanov (79 kq), Abubakr Abakarov (86 kq), Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq) və Georgi Meşvildişvili (125 kq) cəlb edilib. Yeri gəlmişkən, 65 kq-da 3 dəfə dünya və eyni sayda Avropa çempionu adını qazanan Hacı Əliv bu yarışda özünü 70 kq-da sınayacaq.
Aprelin 19dan 21-dək qadın güləşçilər xalça üzərinə çıxacaqlar. Bu yarəşda ölkəmiz baş məşqçi Semyon Çterevin rəhbərliyi altında Mariya Stadnik (50 kq), Türkan Nəsirova (53 kq), Elnurə Məmmədova (55 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Birgül Soltanova (62 kq), Elis Manolova (65 kq) və Nigar Mirzəzadədən (72 kq) ibarət heyətlə təmsil olunacaq.
Çempionatın son günlərində (21-23 apreldə) yunan-Roma güləşçilərinin yarışı keçiriləcək. Klassiklərin yarışında yığmamızın baş məşqçisi Aleksandr Tarakanov Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Arif Niftullayev (97 kq) və Sabah Şəriətiyə (130 kq) şans vermək qərarına gəlib.
Qeyd edək ki, qitə birinciliyində daha iki təmsilçimiz - I-S kateqoriyalı hakimlərimiz Asif Şirəliyev, Sədi Quliyev və İntiqam Alıyev ədaləti qoruyacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.