Bu gün Milli Gimnastika Arenasında bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turnirinə start verilib. Sinyorlar və yuniyorlar (böyüklər və yeniyetmələr) arasında keçirilən bu turnirin ilk günü incəbellilər təsnifat mərhələsində öz bağarıqlarını nümayiş etdiriblər. Turnirin start günü təmsilçilərimiz üçün uğurlu olub. Belə ki, yığmamızın lideri Zöhrə Ağamirova və eləcə də qrup hərəkətləri üzrə yığma komandamız ilk səkkizlikdə yer almaqla finala yüksəlib. Ağamirovanın birinci yeri tutduğu təsnifat yarışında daha bir təmsilçimiz - Alina Gözəlovasa ikinci yeri tutub. Hər iki təmsilçimiz lent və həlqə ilə çıxış edib.
Yeniyetmələrin yarışına gəlincə, Nuray Əhmədzadə həlqəylə, Şəms Ağahüseynovayla Sofiya Məmmədovasa topla öz ustalıqlarını nümayiş etdirməklə ilk 8-likdə yer alıb.
Böyüklərdən ibarət qrup hərəkəti üzrə yığmamız 5 həqə ilə birinci yeri, yeniyetmələrədən ibarət yığmamız isə 5 gürzlə ikinci olub.
Xatırladaq ki, turnirdə Azərbaycan da adxil olmaqla 14 ölkədən 38 idmançı mübarizə aparır.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.