Dünən axşam saatlarında UEFA Çempional Liqasının 1\4 final mərhələsi çərçivəsində daha bir görüş keçirilib. Söhbət İtaliyanın Milan şəhərindəki "Cuzeppe Meattsa" (San-Siro) stadionunda baş tutan "Milan" - "Napoli" qarşılaşmasından gedr. Çempionlar Liqasının İtaliya derbisi adlanan bu matç birincinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Matçın taleyini həll edən yegənə qolun müəllifi 40-cı dəqiqədə İsmael Bennaser olub.Yeri gəlmişkən, bu qələbə sayəsində "rossionerlər" ÇL-da qələbə seriyasını davam etdirməklə ardıcıl olaraq 5-ci dəfə meydanı qalib durumda tərk ediblər. Həm də beş oyunda öz qapısının toxunulmazlığın qoruyan "Milan" üst-üstə rəqib qapılarına 10 qol vurub.ÇL-da son dəfə 11 oktyabr 2022-ci ildə qrup mərhələsində "Çelsi"yə (0:2) məğlub olan "Milan" bunun ardından qrupda "Zaltsburq" və Zaqreb "Dinamo"sunu hər iki oyunda 4 cavabsız qolla məğlub etdikdən sonra 1\8 finalda "Tottenhem"lə oyunda da qapısından qol buraxmayıb (1:0 və 0:0).
Bir məqamı da xatırladaq ki, cari mövsümdə "Napoli" 74 xalla İtaliya A seriyasına liderlik edir. Aktivində 52 xalı olan "Milan" isə A seriyasında 4-cüdür.
Cavab oyunu aprelin 19-da Neapolda olacaq.
İNTİQAM Məmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.