Frank Lempard cavab matçına ümidlidir
Dünən gecə saatlarında UEFA Çempionlar Liqasının 1\4 final mərhələsinin ilk oyunları çərçivəsində daha iki oyun keçirilib. Bu oyunlardan ən çox diqqətçəni İspaniyanın paytaxtı Madriddəki "Santyaqo Bernabeu" stadionunda baş tutan qarşılaşma olub. Söhbət ev sahibi "Real"la İngiltərə təmsilçisi "Çelsi"nin qarşılaşmasından gedir. Hamı La Liqada 59 xalla ikinci yeri tutan "Kral klubu"nun doğma divarlar arasında İngiltərədən gələn və keçirdiyi son 4 oyunda qələbə çala bilməyən "Zadəganlar"ı (cari mövsümdə 39 xalla Premyer Liqada 11--cidir) darmadağın edəcəyini düşündüyü halda Madrid təmsilçisi qonağını cəmi iki dəfə cəzalandıra bilib. Qollardan birini 21-ci dəqiqədə "Real"ın əsas qol maşını sayılan Kerim Benzema, digərini isə 71-ci dəqiqədə meydana çıxandan cəmi 3 dəqiqə sonra fərqlənən Marko Asensio vurub. Bir məqamı da qeyd edək ki, "Zadəganlar" 59-du dəqiqədə Ben Çiluell qırmızı kartla qovulduqdan sonra meydanda azlıqda qalıb. Bu isə nəticəyə öz təsirin göstərib.
Oyundan sonra "Çelsi"nin baş məşqçisi Frank Lempard mediaya verdiyi açıqlamasında yetirmələrinin oyunundan razı qaldığını və aprelin 19-da "Stemford Bric" stadionunda keçiriləcək cavab matçında revanş edəcəyinə ümid etdiyini bilridib. ""Meydanda qalan 10 futbolçumla fəxr edirəm. Məni üzən standart vəziyyətlərdən qol buraxmağımız oldu. Mən rəqibin bizi meydanda 10 nəfərlə qaldığımız vaxt partlatdığını düşünmürəm. Komandam xarakter nümayiş etdirdi. Feliks, Sterlinq və Maunta qol fürsətini qaçırdı. Yoxsa... Yəqin ki, əsas hadisələr ""Stemford Bric"də baş verəcək. Ona görə də biz özümüzə inanmalıyıq. Ona görə də bu ruhda olmalıyıq" - Lempard belə deyib.
İNTİQAM Məmmdəov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.