Qrup hərəkəti üzrə yığmamızsa iki medal qazanıb
Fransanın Tiye şəhərində bədii gimnastika üzrə keçirilən 34-cü Beynəlxalq Qran-pri yarışı Azərbaycan gimnastları üçün uğurlu olub. Belə ki, gimnastlarımız həm fərdi, həm də qrup hərəkətləri üzrə yarışlarda mükafatçılar sırasında yer alıb. Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, yığmamızın lideri Zöhrə Ağamirova turnirdə 4 medal qazanıb. Qeyd edək ki, gürzlərlə nümayiş etdirdiyi hərəkətinə görə qızıl, halqa və topla çıxışına görəsə gümüş medala layiq görülən Ağamirova çoxnövçülük proqramında da gümüş medala sahib çıxıb.
Heyətində Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinanın yer aldığı böyüklərdən ibarət qrup hərəkətləri üzrə yığmamız isə 3 lent və 2 topla gümüş, 5 halqa ilə hərəkətlərin icrasında bürünc medala layiq görülüb.
İdmançılarımızı təbrik edirik!
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.