Çexiyada Azərbaycan finalı keçirilib
Azərbaycan cüdoçuları Teplis Avropa Kuboku turnirinin ilk günündə 7 medal qazandı
Dünən Çexiyanın Teplis şəhərində Azərbaycan idmançılarının da iştirakı ilə yeniyetmələr arasında cüdo üzrə Avropa Kuboku turnirinə start verilib. Qeyd edək ki, turnirin ilk günü Azərbaycan yığması üçün uğurlu olub. Belə ki, start günü tatamiyə çıxan 18 cüdoçumuzdan 7-si medal qazanıb. Medallardan 3-ü qızıl, 1-i gümüş və daha 3-ü bürünc əyarlı olmaqla 7 medal qazanıblar. h Azərbaycan cüdoçuları 3 qızıl, 1 gümüş və 3 bürünc əyarlı olub. İki bürünc medal qızların, qalan medallar isə oğlanların payına düşüb.
Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, qızlar arasında -48 kq. çəkidə Vüsalə Hacıyeva və -52 kq. çəkidə Xədicə Qədəşova bürünc medal qazanıb. -52 kq. çəkidə yarışan cüdoçumuz Aytən Verdiyeva isə yarışı 7-ci yerdə başa vurub.
Oğlanlar arasında -55 kq. çəkidə final görüşündə iki cüdoçumuz Ayxan Mirzəzadə və Fərid Qarayev qarşılaşıb. Görüşdən qalib ayrılan Fərid Qarayev qızıl medal əldə edib. Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Mirxaliq İskəndərov bürünc medala sahib olub. Maraqlıdır ki, Azərbaycan cüdoçuları bir çəki dərəcəsi üzrə bir dəst medal qazana bilib. -60 kq. çəkidə güləşən Məhəmməd Musayevlə -66 kq. çəkidə tatamiyə çıxan Əbil Yusubov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.