O, Premyer Liqada 27 oyunda 29 qol vurub
İngiltərə Premyer Liqasında keçirilən 30-cu tur "Mançester Yunayted" klubunun norveçli forvardı Erlinq Xoland üçün əlamətdar olub. Belə ki, "Qırmızı şeytanlar"ın şərəfini qoruyan futbolçu "Sauthempton"a qarşı keçirilən oyunda vurulan yeganə qolun müəllifi olub, Qeyd edək ki, "MYu"ya qələbə qazandıran bu qol onun cari mövsümdə premyerada vurduğu 29-cu qoldur. Çempionatın bitməsinə isə hələ 8 tur qalıb. Əgər qarşıdakı 8 oyunda Xoland daha 5 qol vurarsa, onda o, "Liverpul"un forvardı Moxamed Salaxın 2017\18-ci illər mövsümündə 38 matçda 32 qolla imza atdığı rekordu yeniləyəcək. Hazırda bombardirlərin siyahısına liderlik edən Xolandın ən yaxın izləyicisi 27 oyunda 23 qola imza atan Harri Keyndir ("Tottenhem").
Ümumiyyətlə isə, premyer liqa tarixində ən çox qol vuran Alan Şirerlə ("Blekbern") Endi Koul ("Nyukasl") olub. Birinci 1994\95-ci illər mövsümündə, ikinci isə 1993\94-cü illərdə hərəyə 42 oyunda 34 qol vurub.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.