Bu gün Çexiyanın Teplis şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa Kuboku turnirinə start verilib. Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, iki gün davam edən turnirdə Azərbaycan 8-i qız olmaqla 28 idmançı ilə təmsil olunur. Ümumiyyətlə, turnirdə Azərbaycan da daxil olmaqla 39 ölkədən 948 cüdoçu 14 çəki dərəcəsində mübarizə aparır. Komandamız sözügedən turnirə baş məşqçisi Rüstəm Alimli, yeniyetmələrdən ibarət komandanın məşqçiləri Nicat Şıxəlizadə və Emin İskəndərovun, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və qadınlardan ibarət yığmanın məşqçisi Kifayət Qasımovanın rəhbərliyi altında qatılıb. Turnirdən sonra isə cüdoçularımız elə həmin məkanda iki günlük beynəlxalq təlim-məşq toplanışında olacaqlar rəhbərlik edəcək.
Qeyd edək ki, turnirin ilk günü qızların yarışında -40 kq., -44 kq., -48 kq. və 52 kq. çəki dərəcələrində 6 cüdoçumuz, oğlanların mübarizəsində isə -50 kq., -55 kq., -60 kq. və -66 kq. çəki dərəcələrində 12 cüdoçumuz medallar uğrunda mübarizyə qatılıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.