Aprelin 8-də Rumıniyanın paytaxtı Buxarestdə III Avropa Oyunlarının taekvondo yarışına lisenziya xarakterli təsnifat turnirinə start veriləcək. 2 gün davam edəcək mübarizədə Azərbaycan millisinin üzvləri də lisenziyalar uğrunda gücünü yoxlayacaqlar.
Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, yarışda ölkəmizi baş məşqçi Reza Mehmandostun rəhbərliyi altında Səyyad Dadaşov (54 kq), Xanoğlan Kərimov (63 kq), Ələsgər Əliyev (80 kq) və Həmidreza Bədriəliabadi (+87 kq) təmsil edəcək. Turnirin reqlamentinə görə, hər çəki dərəcəsinin qalibi Krakov-2023-də (Polşa Krakov, Avropa Oyunları-2023) iştirak hüququ qazanacaq.
Bu gün Rumıniyaya yollanan komandamız aprelin 10-da Bakıya qayıdacaq.
Qeyd edək ki, Polşanın Krakov şəhərində keçiriləcək III Avropa Oyunlarında artıq 7 taekvondoçumuzun iştirakı təsdiqlənib. Reytinqə əsasən, Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Taleh Süleymanov (87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) Krakov-2023-ə vəsiqə əldə ediblər. Onu da qeyd edək ki, Avropa Oyunlarında taekvondo yarışları iyunun 23-26-da keçiriləcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.