Bu gün "Olimpik Star" arenasında futzal üzrə Azərbaycan çempionatında sayca 16-cı olan turun oyunları keçirilib. Turda ən böyük hesablı nəticəsi yarış cədvəlinin vahid lideri "Araz-Naxçıvan"la autsayderlərdən biri olan "Alyans" arasındakı görüşdə qeydə alınıb. Baş məşqçisi braziliyalı mütəxəssis Ioze Alesio da Silva olan "Araz" qapısından buraxdığı 5 qola 21 qolla cavab verməklə rəqibini darmadağın edib - 21:5. Turun digər iki oyununda isə aşağıdakı nəticələr qeydə alınıb:
"Baku Fayr" - "Neftçi" - 5:2;
U-19- "Rekord klub" - 7:4.
Hazırda turnir cədvəlində vəziyyət belədir: Araz - 46 xal, Baku Fayr - 37, Neftçi – 29, Rekord klub - 18, Alyans, U-19 hərəyə – 6.
Qeyd: Aprelin 20-də keçiriləcək 17-ci turun oyun təqvimi:
"Rekord" - "Araz", "Neftçi" - "Alyans", "Baku Fayr" - U-19
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.