Kişi boksçulardan ibarət Azərbaycan milli komandası Bolqarıstana yollanıb. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, kubalı baş məşqçi Pedro Roke, məşqçilər Nəriman Abdullayev və Etibar Abdullayevin rəhbərliyi altında Sofiyada təlim-məşq toplanışına qatılacaq yığmamızın heyətinə 15 boksçu cəlb edilib. Aprelin 23-dək davam edəcək TMT-də Tural Sarıyev (48 kq), Məsud Yusifzadə, Nicat Hüseynov (hər ikisi 51 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Rəşid Həsənov, Sərxan Əliyev (hər ikisi 71 kq), Mirşərif Kazımzadə, Kamran Şahsuvarlı (hər ikisi 75 kq), Murad Allahverdiyev (80 kq), Eldar Quliyev (86 kq), Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) iştirak edəcək.
Yığmamız Bolqarıstan toplanışında ev sahibləri ilə yanaşı, Moldova, Fransa, İordaniya və Rumıniya milliləri ilə birgə olacaq. Məşqlərdə sınaq döyüşlərinin keçirilməsi də nəzərdə tutulub.
Qeyd edək ki, toplanış mayın 1-dən 14-dək Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək dünya çempionatına hazırlıq xarakteri daşıyacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.