Səid Mollai və Hidayət Heydərov medal qazansa da...
Həftəsonu Antalyada (Türkiyə) kişi və qadınlar arasında cüdo üzrə keçirilən Böyük Dəbilqə turnirindən sonra İJF (Beynəlxalq Cüdo Federasiyası) tatami ustalarının yeni reytinq cədvəlini elan edib. Cədvəldə yer alan Azərbaycan çüdoşularından bəziləri öz əvvəlki mövqelərində qalsalar da, geriləyənlər də olub.
Qeyd edək ki, Antalyada daha uğurla çıxış edərək, mükafatçılar sırasında yer alan çüdoçularımız - gümüş medal qazanan Səid Mollai (81 kq) və bürüncə sahib olan Hidayət Heydərov (73 kq) əvvəlki kimi müvafiq olaraq 3-cü və 2-ci pillədə qalıb. Onlarla yanaşə, Balabəy Ağayevlə (60 kq) Zəlim Kotsayev (100 kq) də mövqelərini qoruyub saxlayıb. Ağayev yenə də ikinci, Kotsayevsə üçüncü olub. Geiləyənlər sırasında isə Orxan Səfərov (66 kq), Məmmədəli Mehdiyev (90 kq) və Uşanqi Kokuari (+100 kq) yer alıb. Hərəyə bir pillə geriləyən bu triomuz müvafiq olaraq, 8-ci, 10-cu və 12-ci yerə düşüb.
Zəriflərimizdə isə vəziyyət heç ürəkaçan deyil. 48 kq-da güləşən Leyla Əliyeva 3 pillə geriləməklə 40-cı yerə düşüb. Maraqlıdır ki, yığmamızın lideri, Pekin Olimiadasında 3-cü olmaqla reytinq cədvəlində 2-ci pilləyədək qalxan İrina Kindzerskaya da hazırda 40-cıdır.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.