Taekvondo üzrə İnsbrukda keçirilən və Azərbaycan təmsilçilərinin də iştirak etdiyi açıq Avstriya çempionatı başa çatıb. Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, yığmamız G1 kateqoriyalı bu beynəlxalq turniri 1-i qızıl, digəri bürünc əyarlı olmaqla iki medalla başa vurub.
Böyük məşqçi Elnur Amanovun rəhbərliyi altında çempionatda çıxış edən yığmamızın heyətində Cavad Ağayev (74 kq) bütün döyüşlərini qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 1/32 finaldan mübarizəyə başlayan dünya çempionatının mükafatçısı ardıcıl olaraq Ukrayna, Almaniya, Xorvatiya və Qazaxıstan idmançılarını məğlub edərək finala yüksəlib. O, həlledici görüşdə də qazaxıstanlı taekvondoçuya qalib gələrək,
Komandamızın aktivinə digər mükafatı Taleh Süleymanov (87 kq) yazdırıb. Reytinqinə görə ilk mərhələdən azad olan idmançımız mübarizəyə 1/8 finalda Polşa təmsilçisi ilə başlayıb. İnamlı qələbə qazanan Süleymanov daha sonra Qazaxıstan idmançısından da güclü olub. O, yarımfinalda xorvatiyalı taekvondoçu ilə döyüşüb və rəqib qələbə qazandığından Taleh bürünc medalla kifayətlənməli olub. Komandamız bu gün Vətənə dönəcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.