Bolqarıstanın Plovdiv şəhərində qılıncoynatmanın sablya növü üzrə yeniyetmə və gənclər arasında keçirilən dünya çempionatının ikinci günü Azərbaycan yığma komandası üçün uğurlu olub. Belə ki, yeniyetmələrdən ibarət yığmamızın üzvü Zərifə Hüseynova inamla çıxış edərək çempionatıda ikinci yeri tutaraq gümüş medal qazanıb.
Qeyd edək ki, qrup mərhələsini 5 qələbə ilə bitirən Zərifə yarımfinala gedən yolda Bolqarıstan, Koreya Respublikası, İtaliya və Macarıstanı təmsil edən sablyaçılara da qalib gələrək ən güclü 4-lüyə (1\2 finala) yüksəlib. Azərbaycan Qılıncoynatma Federasiyasından verilən məlumata görə, yeniyetmə müşketyorumuz yarımfinalda ABŞ sablyaçısı Jenna Şomana 15:13 hesabı ilə qalib gələrək finala yüksəlib. Finalda isə o, Macarıstan təmsilçisi Emese Domonkosla qarşılaşıb. Təəssüflər olsun ki, ilk 11 görüşünün hamısını qələbə ilə bitirən Zərifə Hüseynova bu həlledici görüşdə rəqibinə 12:15 hesabı ilə uduzaraq dünya çempionatının gümüş medalı ilə kifayətlənib. Bununla da Zərifə Azərbaycan qılıncoynatma tarixində ilkə imza atıb.
Xatırladaq ki, Zərifə Hüseynova daha öncə 2021-ci ildə Misirin paytaxtı Qahirə şəhərində keçirilən dünya çempionatında bürünc medal qazanmışdı.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.