Azərbaycanın cüdo üzrə yığma komandası Antalyada (Türkiyə) keçirilən "Böyuk Dəbilqə" turnirində 13-cü yeri tutub. Biri gümüş, digəri bürünc əyarlı olmaqla iki medal qazanan yığmamız bu sıralamada İngiltərə, Almaniya, İspaniya. Portuqaliya, Özbəkistan, Qazaxıstan və sair ölkələri geridə qoyub. Komanda hesabında birinci yeri Fransa (5-0-2), ikinci yeri Hollandiya (2-1-0), üçüncü yerisə Braziliya (2-0-2) tutub. Qeyd edək ki, ayrılıqda Azərbaycanın kişi komandası sıralamada 8-ci olub. Yeri gəlmişkən, yığmamızın aktivinə yazılan gümüş medalı yalnız həlledici finalda büdrəyən Səid Mollainin (81 kq), bürüncüsə çıxışını 3-cü pillədə başa vuran Hidayət Heydərov (73 kq) əldə edib.
Turnir həm də Olimpiya təsnifatlı olub. Cüdoçularımızın növbəti yarışı 15-16 aprel günlərində Dubrovnikdə (Xorvatiya) keçiriləcək Avropa Kuboku olacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.