Şəhriyar Məmmədyarovsa 16-cı yerdədir
Beynəlxalq Şahmat Federasiyası (FİDE) şahmatçəların (kişi və qadın) və yığmaların yeni reytinq cədvəlini elan edib. Kişilərin reytinq cədvəlində Top-100-də 4 Azərbaycan şahmatçısı yer alıb ki, onlardan da biri - Teymur Rəcəbov (2747) yenə də 10-cu pillədə qalıb. Ötən illərdə FİDE reytinqində hətta ilk üşlükdə yer alan Şəhriyar Məmmədyaov (2738) isə 16-cı pillədə qərarlaşıb. Digər iki şahmatçımız - Qədir Hüseynov (2661) xalla 79-cu, Rauf Məmmədovsa (2646) 98-cidir.
Qeyd edək ki, kişilərin cədvəlinə əvvəlki kimi hazırki dünya çempionu Maqnus Karlsen (Norveç, 2853) liderlik edir. Rusiyalı Yan Nimpomniyaşinin (2795) ikinci olduğu cədvəldə ilk üçlüyü çinli şahmatçı Dinq Liren (2788) tamamlayır.
Qadın şahmatçılara gəlincə, burada da cəmi 4 şahmatçımız Top-100-də yer ala bilib. Onların arasında yığmanın lideri Günay Məmmədzadə (2449) 23-cü, Ülviyyə Fətəliyeva (2401) 52-ci, Gövhər Beydullayeva (2375) 71-ci, Gülnar Məmmədovasa (2349) 96-cı pillədə yer alıb. Qadınların analoji cədvəlinə Çin təmsilçisi Xou İfan (2628) vahid lderlik edir. İkinci yeri hindistanlı Xampi Konerunun (2576) tutduğu cədvəlin 3-cü pilləsində isə rusiyalı Aleksandra Qoryaçkina (2565) məskunlaşıb.
Komandaların reytinq cədvəlində Azərbaycan 2310 xalla 11-ci yerdədir. İlk onluqda isə müvafiq ardıcıllıqla Çin, Hindistan, Gürcüstan, Rusiya, Ukrayna, Polşa. Britaniya, Almaniya, Fransa və Qazaxıstan yer alıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.