Yığmamız AC-2023-də 9-10-cu yeri bölüşüb
İspaniyanın Qvadalaha şəhərində karatenin VKF versiyası üzrə keçirilən və Azərbaycan idmançılarının da qatıldığı Avropa çempionatına komanda kumite yarışları ilə yekun vurulub. Təəssüflər olsun ki, şəxsi kumite yarışlarında 4 (0-2-2) medal qazanan yığmamız komanda hesabında fərqlənə bilməyib. Kişi komandamız elə startdaca Xorvatiya yığmasına, qadın komandamız isə Avstriyanı məğlub etdikdən sonra ikinci qarşılaşmasında Ukraynaya uduzaraq mübarizəni erkən dayandırıb. Ümumi komanda hesabında Xorvatiya ilə 9-10-cu yerləri bölüşən Azərbaycan komandas 2023-cü il 21 iyulda Polşanın Krakove şəhərində startı veriləcək 3-cü Avropa Oyunlarına 8 lisenziya qazanıb. Lisenziyanı çıxışını ikinci yerdə başa vuran İrina Zaretska (68 kq), onunla eyni nəticəyə imza atan Fəridə Əliyeva (68 kq), AÇ-2023-ün üçüncüsü olan Tural Ağalarov (67 kq) və Fərid Ağayevlə (75 kq) yanaşı, Əminağa Quliyev (60 kq), Asiman Qurbanlı (+84 kq), Fidan Teymurova (50 kq) və Mədinə Sadıxova (55 kq) qazanıb.
Xatırladaq ki, son iki ildə Azərbaycan karateçilərindən heç biri qızıl medal qazana bilmir.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.