Çernoqoriyanın Petrovatse şəhərində Azərbaycan təmsilçilərinin (14 nəfər) də iştirakı ilə qadınlar arasında şahmat üzrə keçirilən şəxsi Avropa çempionatı davam edir. İsveçrə sistemi üzrə keçirilməklə 11 turdan ibarət olan və qarşıdakı Dünya Kubokuna seçmə xarakteri daşıyan çempionatın 9-cu turu təmsilçilərimiz üçün heçdə uğurlu olmayıb. Beləki, Azərbaycan şahmatçılarında yalnız 3-ü turu qələbə ilə başa vura bilib. Daha 3 təmsilçimizin rəqiblə sülh bağladığı hesabat turunda qalan şahmatçılarımız məğlubiyyətlə üzləşib. Qələbə qazanan üçlükdə Gövhər Beydullayeva, Günay Məmmədzadə və Ülviyyə Fətəliyeva yer alıb. Geridə qalan 9 turdan sonra təmsilçilərimizdən Gövhər Beydullayeva 6 xalla 16-cı, ötənilki çempionatın ikincisi olan Günay Məmmədzadə isə 5,5 xalla yalnız 34-cü pillədədir.
Xatırladaq ki, bu çempionatda ilk 9 yeri tutan şahmatçı Dünya Kubokuna vəsiqə qaznacaq.
Bu gün çempionatda 10-cu turun partiyaları keçiriləcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.