Kişi və qadın voleybolçular arasında keçirilən Azərbaycan çempionatlarında yarımfinal mərhələsinin oyunlarının vaxtı dəqiqləşib. Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, pley-offda ilk qarşılaşmalar martın 29-da və 30-da keçiriləcək. Martın 29-da qadın voleybolçuların Yüksək Liqasında yarımfinalın ilk oyunları çərçivəsində “Abşeron” klubu “Murov”la, “Azərreyl” isə UNEC-lə qarşılaşacaq.
Martın 30-da kişi voleybolçuların Yüksək Liqasının ilk yarımfinal matçlarında “Murov”la MOİK, “Xarı bülbül”lə isə “Neftçi” üzləşəcək.
Qeyd edək ki, əsas mərhələdə baş tutmuş dörd dövrənin nəticələrinə görə, turnir cədvəlində birinci olan komanda dördüncü yerin sahibi ilə, ikinci olan komanda isə üçüncü yeri tutan klubla qarşılaşır. Yarımfinal mərhələsi iki qələbəyə, final mərhələsi isə üç qələbəyə kimi davam edəcək. Bakı Voleybol Mərkəzində keçiriləcək həmin oyunların təqvimi belədir:
Yüksək Liqa (qadınlar)
Yarımfinal (1-ci oyun)
16:00 “Abşeron” - “Murov”
18:00 “Azərreyl” - UNEC
Yüksək Liqa (kişilər)
Yarımfinal (1-ci oyun)
16:00 “Murov” - MOİK
18:00 “Xarı bülbül” - “Neftçi”
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.