Martın 28-dən aprelin 4-dək Bakı İdman Sarayı növbəti dəfə güləş üzrə Azərbaycan çempionatına ev sahibliyi edəcək. Azərbaycan Güləş Federasiyasından ()AGF verilən məlumata görə, martın 28-dən 30-dək gənclər, aprelin 1-dən 4-dək isə yeniyetmələr ölkə çempionatının medalları uğrunda mübarizə aparacaqlar. AGF-nın Gənclər və İdman Nazirliyini birgə təşkilatçılığıyla baş tutacaq çempionatı beynəlxalq və milli dərəcəli hakimlərimiz idarə edəcək. Yeddi gün davam edəcək yarışlarda medal qazanacaq idmançılar sərbəst və yunan-Roma güləşi üzrə yığmalarımıza cəlb ediləcək.
Yarışların proqramına əsasən görüşlər hər gün saat 10:30-da başlayacaq. U-20 (gənclər) Azərbaycan çempionatının açılış mərasimi martın 28-də, U-17 (yeniyetmələr) Azərbaycan çempionatının analoji tədbiri isə aprelin 1-də keçiriləcək. Hər iki açılış mərasimi 16:00-da başlayacaq. Arenaya giriş sərbəstdir.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.