Qadın boksçular arasında Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən dünya çempionatında dünən yarımfinal mərhələnin döyüşləri yekunlaşıb. Bu mərhələdə Azərbaycan millisinin boksçusu Aynur Rzayeva da rinqə çıxıb. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, +81 kq çəkidə çıxış edən boksçumuz bu mərhələdə qazaxıstanlı Lazzat Kunqeybayeva ilə üz-üzə gəlib. Görüşdə rəqib qələbə qazandığından Rzayeva mundialı bürünc medalla başa vurub.
O, bununla da adını Azərbaycanın qadın boks tarixinə yazdırıb. Mundiallarda indiyədək yerli idmançımız bu mərhələyədək irəliləmədiyindən Aynur ilki rəsmiləşdirib. Həmçinin dünya çempionatlarında sonuncu dəfə 2014-cü ildə medal qazandığımızdan 9 illik uğursuzluq seriyayasına da son qoyub. Aynur mundialın bürünc medalı ilə yanaşı həm də 25 min dollar mükafaq qazanıb.
Qeyd edək ki, 2,4 milyon ABŞ dolları mükafat fondu olan dünya çempionatına bu gün həlledici final döyüşləri ilə yekun vurulacaq. 65 ölkədən 300-dən artıq boksçunun qatıldığı yarışın qalibi 100 min, finalçısı 50 min, bürünc medalçısı 25 min dollar qazanacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.