19 yaşadək futzalçılar arasında keçirilən Avropa çempionatının əsas qrup mərhələsində fiaskoya uğrayan Azərbaycan millisinin baş məşqçi əvəzi İlqar Aslanov qrupda son tur çərçivəsində Yunanıstana darmadağın hesablı (3:11) məğlubiyyətdən sonra azfutzal.az-a açıqlama verib. O, yetirmələrinin yaxşı oyun göstərə bilmədikləri üçün azarkeşlərdən üzr də istəyib. Onun açıqlamasını olduğu kimi təqdim edirik:
“Deməyə söz tapmıram. Oyundan əvvəl heyətlə bağlı problemlərimiz də var idi. Dörd oyunçumuz həkimin müdaxiləsindən sonra meydana çıxa bildi. Oyunun gedişində daha iki futzalçımız zədələndi və meydanı erkən tərk etdi. Təbii ki, bunlar da oyunumuza təsirsiz ötüşmədi. Hər iki komanda əvvəlki matçlarda yenildiyinə görə, mütləq qələbə qazanmaq üçün meydana çıxmışdı. Təəssüf ki, bunu bacara bilmədik. Nəticəyə görə azarkeşlərimizdən üzr istəyirik. Çox işləməliyik” - İlqar Aslanov belə deyib. Xatırladaq ki, U-19 yığmamız AÇ-2023-ün seçmələri çərçivəsində yer aldığı 5-ci qrupda Fransaya 0:5, oyunlara ev sahibliyi edən Bosniya və Hersoqovinaya 1:4 və Yunanıstana 3:11 hesabla uduzub.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.