19 yaşlı futzalçılar arasında Avro-2023-ün əsas seçmə qrup mərhələsinə yekun vuulub. Qeyd edək ki, baş məşqçisi İlqar Aslanov olan Azərbaycan yığması yer aldığı 5-ci qrupda Bosniya və Hersoqovina, Fransa və Yunanıstan komandası ilə qarşılaşıb. Bütün oyunlar Bosniya və Hersoqovinanın Şiroki Briyeq şəhərindəki "Pecara" İdman zalında keçirilib. Təəssüflər olsun ki, futzalçılarımız keçirdikləri hər 3 oyunda meydanı məğlub durumda tərk ediblər. Startda Fransaya 0:5 hesabla uduzan yığmamız ikinci turda ev sahibləinə məğlub olub - 1:4. İlk iki oyunu uduzmaqla növbəti mərhələyə çıxmaq şansını itirən Azərbaycan yığması Yunanıstana qarşı keçirdiyi son oyunda daha böyük hesabla uduzub - 3:11 (0:7). Bununla da üç oyunda öz qapısından buraxdığı 20 topa yalnız 4 topla cavab verən yığmamız qrup mərhələni həm qələbəsiz, həm də xalsız başa vurub.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.