Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 23 (U-23) yaşadək güləşçilər arasında Avropa çempionatı sərbəst güləşçilərin çıxışı ilə sona çatıb.
Qitə birinciliyinin son 3 günündə sərbəst güləşçilər mübarizə aparıblar. Yarış Azərbaycan yığması üçün uğurlu olub. Belə ki, ötən il komanda hesabında çempion olan millimiz titulunu qoruyub və növbəti dəfə qitənin ən güclü komandası adınasahib olub.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, 3-ü qızıl, 1-i gümüş və 1-i bürünc əyarlı olmaqla 5 medal qazanan yığmamız 140 xalla komanda hesabında birinci yeri tutub. Millimiz medalların əyarına görə də hamını qabaqlayıb. Türkiyə (129) ikinci, Gürcüstan (125) isə üçüncü yeri tutub.
Qazanılan medallara gəlincə, yığma üzvlərindən Maqomed-Başir Xaniyev (70 kq), Turan Bayramov (74 kq) və İslam İlyasov (97 kq) bütün görüşlərini qələbə ilə keçirərək qızıl, yalnız həlledici finalda büdrəyən Rəşid Babazadə (65 kq) gümüş, Səbuhi Əmiraslanov (79 kq) isə bürünc medal qazanıb.
Xatırladaq ki, çempionatın ilk 3 günü mübarizə aparan yunan-Roma güləşi üzrə yığmamız isə çıxışını 123 xalla komanda hesabında 4-cü yerdə başa vurub. Millimiz ilk “3-lük”də yer alan Türkiyə (127), Ukrayna (126) və Gürcüstandan (125) cüzi fərqlə geri qalıb. Buna baxmayaraq, medalların əyarına görə, 3 qızıl və 1 gümüş medalla məhz Azərbaycan ən yaxşı nəticəyə imza atan ölkə olub. Qeyd edək ki, komanda hesabında çempion olan Türkiyə qızıl medalsız qalıb. Ukrayna və Gürcüstan isə hərəyə bir qızıl medal əldə edib.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.