Martın 16-da Hindistanın paytaxtı Yeni Dehlidə qadın boksçular arasında startı verilən və Azərbaycan boksçularının da qatıldığı dünya çempionatı davam edir. Xəbər verdiyimiz kimi 10 gün davam edəcək mundiala Azərbaycan 6 boksçu ilə qatılıb. Artıq mundilda 1\8 final mərhələnin döyüşləri başlayıb. Hələlik isə Azərbaycan təmsilçilərindən bu mərhələni keçən yoxdur. Bu mərhələdə ilk döyüşə çıxan boksmuz Zeynəb Rəhimova (54 kq) venesuelalı Yovane Qomeslə bacarmayıb. İkinci raundda döyüş başa çatıb.
Onun ardından Məhsəti Həmzəyeva (57 kq) 1\8 finalda qazaxıstanlı Karina İbrahimovayla bacarmayıb. Burada isə döyüş 3-cü raundda saxlanılıb.
Qeyd edək ki, 2,4 milyon ABŞ dolları mükafat fondu olan mundialın final döyüşləri martın 25-də və 26-da keçiriləcək. 65 ölkədən 300-dən artıq boksçunun qatıldığı yarışın qalibi 100, finalçısı 50, bürünc medalçısı 25 min dollar qazanacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.