Ümumdünya Taekvondo Federasiyasının (WTF) baş katibi Cankan Sio paytaxt Bakıda işgüzar səfərdə olub. Azərbaycan Taekvondo Federasiyasından (ATF) verilən məlumata görə, WTF rəsminin paytaxtımıza gəlişində əsas məqsəd mayın 29-dan iyunun 4-dək Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatına hazırlıq işləri ilə yerindəcə tanışlıq və qurumun (ATF) rəhbərliyi ilə müzakirələr aparmaq olub.
Cankan Sio səfər çərçivəsində gənclər və idman naziri Fərid Qayıbov, onun müavini Mariana Vasileva, eləcə də ATF prezidenti Kəmaləddin Heydərov və vitse-prezident Nağı Səfərovla görüşlər keçirib. Görüşlərdə ölkəmizin ilk dəfə ev sahibliyi edəcəyi mundiala hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.
Görüşlərin yekununa əsasən dünya çempionatının keçiriləcəyi məkan dəqiqləşib. Cankan Sioya dünya çempionatını təşkil etməyə bir neçə arena təklif olunsa da, O, sonda yarışın Bakı Kristal Zalında keçirilməsinə razılıq verilib. Qeyd edək ki, Ümumdünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən bu mundiala3000-dək qonağın gəlişi gözlənilir.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.