Azərbaycan boksçusu Zeynəb Rəhimova Hindistanın paytaxtı Yeni Dehlidə qadın boksçular arasında keçirilən və azərbaycanlı xanım boksçuların da mübarizə apardığı dünya çempionatı davam edir. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, mundila qatılan 5 təmsilçimizdən ikisi - Zeynəb Rəhimova (54 kq) və Anaxanım İsmayılova (50 kq) ilk döyüşünü keçirib. Bunlardan Rəhimova uğurla döyüşərək mərhələ adlayıb. O, 1/32 final çərçivəsində Lethokule Sibisi (CAR) ilə üz-üzə gəlib və onu 5:0 (30:25, 30:26, 30:26, 30:27, 30:27) hesabı ilə məğlub edib. Rəhimova 1/16 finalda ilk mərhələdən azad olan Kristin Gillespi (Yeni Zelandiya) ilə döyüşəcək. Görüş martın 18-nə təsadüf edəcək.
Anaxanım İsmayılova (50 kq) isə ev sahibi Zarin Nixadla qarşılaşmada məğlub olaraq, mübarizəni erkən dayandırıb. Qeyd edək ki, bu gün Rəhimova ikinci, Günel Rəhimova (48 kq) və Şəhla Allahverdiyeva (66 kq) isə ilk döyüşünə cıxacaq. Hamısı 1\16 final.
Qeyd edək ki, 2,4 milyon ABŞ dolları mükafat fondu olan mundialın final döyüşləri martın 25-də və 26-da keçiriləcək. 65 ölkədən 300-dən artıq boksçunun qatıldığı yarışın qalibi 100, finalçısı 50, bürünc medalçısı 25 min dollar qazanacaq.
İNTİQAM Məmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.