Aynur Mikayılovasa "bürüncü" özünə təmin edib
Monteneqronun Budva şəhərində gənc boksçular arasında keçirilən və Azərbaycan boksçularının da qatıldığı Dünya Kuboku davam edir. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, daha iki boksçumuz - yarışın üçüncü günündə rinqə çıxan Ömər Aslanlı (54 kq) və Ziya Həsənov (71 kq) start döyüşünü qələbə ilə başa vuraraq, mərhələ adlayıb.
Aslanlı qazaxıstanlı Janseri Koşerbayevi mübarizədən kənarlaşdırıb. Təmsilçimiz rəqibini 4:1 (28:27, 28*:28, 27:29, 28*:28, 28*:28) hesabı ilə məğlub edərək, 1/4 finala yüksəlib. O, növbəti görüşündə kubalı Viktor Errera ilə üz-üzə gələcək.
Həsənov isə Besian Karaydan (Albaniya) üstün olub. Boksçumuz rəqibinə 5:0 (30:27, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə qalib gəlib. Bu qələbə ilə Ziya həm 1/2 finalda iştirak hüququ qazanıb, həm də özü üçün ən azı bürünc medalı təmin edib. O, finala gedən yolda braziliyalı Tauan da Silva ilə döyüşəcək.
Qeyd edək ki, 25 ölkədən 176 (58 qız, 118 oğlan) boksçunun qatıldığı turnirin dördüncü günündə 6 boksçumuz rinqə çıxacaq.
Xatırladaq ki, bu cütlüyümüzdən öncə Sübhan Məmmədov (51 kq), Məhəmmədəli Aşurəliyev (57 kq) və Aynur Mikayılova (52 kq) rinqi qələbə ilə tərk edib. Məmmədovla Aşurəliyev yarışların 1\4 finalına yüksəldiyi halda. Mikayılova yarımfinala yüksəlməklə, artıq bürünc medalı da özünə təmin edib.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.