Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilər arasında keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə yarışlara yekun vurulub. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, qitə birinciliyinə məşqçilər Həsən Əliyev, Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında tam heyətlə qatılan millimizin 4 üzvü iğurla çıxış edərək fəxri kürsüyə qalxıb. Təmsilçilərimizdən Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq qızıl, yalnız finalda büdrəyən Xasay Həsənli (77 kq) isə gümüş medal qazanıb.
Toplamda 123 xal toplayan yığmamız komanda hesabında 4-cü yeri tutub. Millimiz ilk “3-lük”də yer alan Türkiyə (127), Ukrayna (126) və Gürcüstandan (125) cüzi fərqlə geri qalıb. Buna baxmayaraq, medalların əyarına görə, 3 qızıl və 1 gümüş medalla məhz Azərbaycan ən yaxşı nəticəyə imza atan ölkə olub. Müqayisə üçün nəzərinizə çatdıraq ki, komanda hesabında çempion olan Türkiyə qızıl medalsız qalıb. Ukrayna və Gürcüstan isə bir qızıl medal əldə edib.
Qeyd edək ki, millimiz bu yarışda 2 rekordunu yeniləyib. Komandamız həm toplanan xallara, həm də medalların əyarına görə özünün ən yaxşı nəticəsini gerçəkləşdirib.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.