"Azərryel"sə çətinlik çəkmədən UNEC-i üstələyib
Bu gün Bakı Voleybol Mərkəzində qadın voleybol klubları arasında baş tutan 12-ci turun oyunları ilə müntəzəm Azərbaycan çempionatına yekun vurulub. Son turun mərkəzi oyunu hazırkı ölkə çempionu "Abşeron"la "Murov" arasında olub. Prinsipial mübarizə şəraitində keçən oyun çempionun qələbəsi ilə bitib - 3:0 (25:23, 25:20, 25:19). Bu qələbə sayəsndə "Abşeron" yarış cədvəlində yer aldığı ikinci pillədəki mövqeyini qoruya bilib. Turun digər matçında isə çempionata vahid liderlik edən "Azəreyl" çətinlik çəkmədən UNEC-i məğlub edib - 3:0 (25:14, 25:21, 25:10).
Müntəzəm çempionatda yekun turnir cədvəli belə olub: Аzərreyl – 29 xal (set fərqi 32-12), Аbşeron – 23 (27-15), Мurov – 20 (24-20), UNEC – 0 (0-36).
Qeyd: Müntəzəm çempionatın ardından pley-off mərhələyə start veriləcək. Bu mərhələdə "Azəreyl" UNEC-lə, "Abşeron"sa "Murov"la qarşılaşacaq. Cütlərin qarşılaşması 2 qələbəyədək davam edəcək. Cütlərin qalibləri finala yüksələcək və çempionluq uğrunda mübarizəni davam etdirəcək.
İNTİQAM Məmmədov
( Sosial şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır )
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.