İtaliyanın paytaxtı Roma şəhərində Azərbaycan idmançılarının da iştirakı ilə gənclər arasında cüdo üzrə Açıq Avropa Kuboku keçirilir. Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, turnirinin ilk yarış günündə 3 çəki dərəcəsində 6 cüdoçumuz tatamiyə çıxıb. Təmsilçilərimizdən yalnız biri - 60 kq çəkidə yarışan Kənan İsmayılov yarışı 3-cü yerdə başa vurmaqla bürünc medala layiq görülüb. O, bürünc medal uğrunda görüşdə niderlandlı idmançı Emiel Carinqə qalib gəlib.
-73 kq. çəkidə mübarizə aparan cüdoçu İbrahim Əliyev yarışı 5-ci yerdə tamamlayıb.
Turnirin ikinci günü isə 2 çəki dərəcəsində 5 cüdoçumuz medallar uğrunda mübarizəyə qatılacaq. Kişilər arasında -81 kq. çəkidə Məhərrəm İmamverdiyev və Zaməddin Poladov, -100 kq. çəkidə Adil Kərimli, Ruslan Nəsirli və Aslan Mirzəyev tatamiyə çıxacaq.
İNTİQAM Məmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.