Həmyerlilərimizdən Nicat Abbasov 10-cu pillədə yer alıb
Serbiyanın Vryançke-Bane şəhərində kişilər arasında şahmat üzrə keçirilən və Dünya Kubokuna seçmə xarakteri daşyan şəxsi Avropa çempionatı artıq finişə yaxınlaşır. Qeyd edək ki, isveçrə sistemi üzrə keçirilməklə 11 turdan ibarət olan bu çempionatda Azərbaycan da daxil olmaqla 40 ölkədən 494 şahmatçı mübarizə aparacaq ki, onlardan da 138-i qrossmeysterdi. Azərbaycan bu çempionata 19 şahmatçı ilə qatılıb ki, bu 19-luqda da Nicat Abbasov, Eltac Səfərli, Aydın Süleymanov, Misrəddin İsgəndərov, Vüqar Əsədli, Maqomed Muradlı, Namiq Quliyev. Vüqar Rəsulov, Abdulla Qədimbəyli, Əhməd Əhmədzadə, Ülvi Sadıxov, Xəzər Babazadə, Riyad Səmədov, Vüqar Manafov, Nail Bəşirli, Elmar Atakişiyev, Xaqan Əhməd, Şahin Vəliyev və yeganə qadın təmsilçimiz olan Ülviyyə Fətəliyeva cəmləşib. Nədənsə, Avropa çempionatına yığmanın liderləri olan Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Qədir Hüseynov (üçü də Top-100-də yer alıb) və Rauf Məmmədov yer alıb. Geridə qalan 9 turdan sonra turnir cədvəlinə 7,5 xalla FİDE təmsilçisi Aleksey Sarana liderlik edir. Hərəyə 7 xal toplayan Anton Korobovla (Ukrayna) Etyen Bakro (Fransa) 2-3-cü yeləri bölüşdüyü yarış cədvəlində Azərbaycan təmsilçilərindən Abbasov, Quliyev və İsgəndərov 6 xalla müvafiq olaraq, 10, 25 və 28-ci yeri tutur. Bu gün çempionatda 10-cu turun oyunları olacaq.
Xatırladaq ki, AÇ-da ilk 23 yeri tutan şahmatçı bu ilin iyul ayının sonunda (29 iyul) Bakıda startı veriləck Dünya Kubokunda iştirak etmək hüququ qazanmış olacaq.
Yeri gəlmişkən, qadınların Avropa çempionatı isə 18-29 mart günlərində Çernoqoriyanın Petrovatse şəhərində keçiriləcək. Bu yarışda isə Azərbaycan 7 şahmatçı ilə təmsil olunacaq. Yedilikdəsə ötənilki çempionatın ikincisi Günay Məmmədzadə, elə həmin çempionatın bürünc mükafatçısı Ülviyyə Fətəliyeva. Gövhər Beydullayeva, Xanım Balacayeva. Gülnar Məmmədova, Xəyalə Abdulla və Mələk İsmayıl yer alıb. Ümumilikdəsə qadınların AÇ-da 33 ölkədən 121 zəka sahibinin iştirak edəcəyi gözlənilir.
İNTİQAM Məmmədov
( Sosial şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır )
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.