Martın 13-dən 19-dək Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı keçiriləcək. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, cari ilin (2023-cü il) ilk qitə birinciliyində ölkəmiz hər 3 güləş növündə təmsil olunacaq. Artıq hər üç növdə yığmamızın heyəti müəyyənləşib. AÇ-yə yunan-Roma güləşçilərinin çıxışı ilə start veriləcək. Bu yarışda ölkəmizin idman şərəfini məşqçilər Həsən Əliyev, Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında Rahim Həsənov (55 kq), Elmir Əliyev (60 kq), Ziya Babaşov (63 kq), Həsən Məmmədli (67 kq), Qurban Qurbanov (72 kq), Xasay Həsənli (77 kq), İsmayıl Rzayev (82 kq), Məhəmməd Əhmədiyev (87 kq), Murad Əhmədiyev (97 kq) və Sərxan Məmmədov (130 kq) qoruyacaq.
Yarışın ortalarında qadın güləşçilərimiz mübarizəyə qoşulacaq ki bu yarışda da ölkəmizi baş məşqçi əvəzi Rövşən Umudov və məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında Şəhanə Nəzərova (50 kq), Gültəkin Şirinova (53 kq), Elnurə Məmmədova (55 kq), Jalə Əliyeva (57 kq), Birgül Soltanova (65 kq) və Nigar Mirzəzadə (68 kq) təmsil edəcək. Xatırladaq ki, bu heyət ötən il keçirilən analoji yarışda da iştirak edib.
Çempionatın son günlərində xalçaya sərbəst güləşçilər çıxacaq. Burada isə Azərbaycanı məşqçilər Arif Abdullayev, Cəbrayıl Həsənov və Rövşən Hacıyevin rəhbərliyi altında Nurəddin Novruzov (57 kq), Ayxan Abdullazadə (61 kq), Rəşid Babazadə (65 kq), Maqomed-Başir Xaniyev (70 kq), Turan Bayramov (74 kq), Səbuhi Əmiraslanov (79 kq), Fərid Cabbarov (86 kq), Abdulcəlil Şabanov (92 kq), İslam İlyasov (97 kq) və Vaxit Qalayev (125 kq) təmsil edəcək.
Yeri gəlmişkən, bir həftə davam edəcək qitə birinciliyində daha iki həmyerlimiz - I kateqoriyalı hakimlərimiz Natiq Hacıyev və Elman İsmayılov ədaləti qoruyacaq.
İNTİQAM Məmmədov
( Sosial şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır )
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.