Mariya Stadniklə Georgi Meşvilişvili Bolqarıstan turnirində çempion olub
Bolqarıstanın paytaxtı Sofiyada sərbəst və qadın güləşi üzrə keçirilən və Azərbaycan güləşçilərinin də qatıldığı ənənəvi Dan Kolov və Nikola Petrovun xatirə turniri başa çatıb. Azərbaycan güləş Federasiyasından verilən məlumata görə, turnirə ikisi qadın olmaqla, altı idmançı ilə qatılan Azərbaycan yığması Vətənə ikisi qızıl. biri gümüş və biri bürünc əyarlı olmaqla 4 medalla dönüb. Qızıl medallar qadın yığmamızın lideri, bütün görüşlərini qıləbə ilə başa vuran Mariya Stadniklə (50 kq) Georgi Meşvildişvilinin (125 kq), gümüş medal yalnız həlledici finalda məğlubiyyətlə üzləşən İntiqam Vəlizadənin (61 kq), bürüncsə 92 kq-da döşək üzərinə çıxan İbrafim Yusubovun aktivinə yazılıb. Bir maraqlı məqamı da qeyd edək ki, Mariya Stadnik çempionluğa gedən yolda 3 görüş keçirib və hamısında da rəqibini 10:0 hesabla üstələyib.
İNTİQAM Məmmədəv
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.