Dünən Bolqarıstanın paytaxtı Sofiyada sərbəst və qadın güləşi üzrə ənənəvi Dana Kolov və Nikola Petrov turnirinə start verilib. Fevralın 5-dək davam edəcək turnirdə Azərbaycan idmançıları da iştirak edirlər. Turnirin ilk gününü təmsilçilərimiz üçün uğurlu hesab etmək olar. Belə ki, döşək üzərinə çıxan iki təmsilçimizdən biri finala yüksələrək qızıl, digəri isə bürünc medal uğrunda güləşmək imkanı əldə edib. Qeyd edək ki, finala yüksələn İntiqam Vəlizadə (61 kq) bu gün həlledici görüşdə türkiyəli Rəcəp Topalla qarşılaşacaq. Bürünc medal qazanmaq istəyən İbrahim Yusubovsa (92 kq) moldovalı Adrian Qrosulu məğlub etməyə çalışacaq.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, İntiqam Vəlizadə finala gedən yolda aşağıdakı görüşləri keçirib:
Təsnifat mərhələsi
İntiqam Vəlizadə - Daniel Popov
5:1
1/4 final
İntiqam Vəlizadə - Nika Zakaşvili
3:0
1/2 final
İntiqam Vəlizadə - Georgi Vangelov
2:1
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.