Sabah Özbəkistanın paytaxtı Daşkənddə kişi və qadın çüdoçular arasında lisenziya təsnifatlı nöbəti "Böyük Dəbilqə" turnirinə start veriləcək. 3 gün davam edəcək bu turnirdə Azərbaycan 6 tatami ustası ilə təmsil olunacaq ki, onlar da üç çəki dərəcəsində güləşəcəklər. Qeyd edək ki, bu gün turnirdə çəkilər üzrə püşk atılıb və bununla da təmsilçilərimizin ilk rəqibləri müəyyənləşib. Cüdoçularımızın ilk rəqiblərini təqdim edirik:
Rövşən Əliyev (60 kq) - Nurkanat Serikbayev (Qazaxıstan) \ Mutaz Xvaca (Səudiyyə Ərəbistanı;
Əhməd Yusifov (60 kq) - Morits Plaffki (Almaniya);
Kamran Süleymanov (66 kq) - Vijar Lipard (Estoniya)4
Ruslan Paşayev (66 kq) - Lennart Slamberqer (Almaniya);
Nəriman Mirzəyev (73 kq) - Şahram Axadov (Özbəkistan);
Rəşid Məmmədəliyev (73 kq) - Behruzi Xocazoda (Tacikistan).
Bir məqamı da qeyd edək ki, yığmanın əsas üzvləri hazırda Yaponiyada təlim-məşq toplantısında olduğu üçün bu turnirə ehtiyatda olan cüdoçular yollanıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.