21 fevralda cüdo üzrə 18 yaşa qədər yeniyetmə qızlar arasında Azərbaycan Cüdo Federasiyasının Kuboku uğrunda turnir keçirilib. Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə keçirilən bu yarış Fövqəladə Hallar Nazirliyinin (FHN) Hövsanda yerləşən İdman Sağlamlıq Mərkəzində baş tutub. İştirakçılar 9 çəki dərəcəsində mübarizə aparıblar. ACF-dən verilən məlumata görə, yarışda 31 müxtəlif klub, cəmiyyət və idman təşkilatından ümumilikdə 72 idmançı iştirak edib.
Yarışın əsas məqsədi yeniyetmə qızlar arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır. Qaliblərə gəlincə, -40 kq-da Dərya Bıkova, -44 kq-da Aytac Yolçuzadə, -48 kq-da Vüsalə Hacıyeva, -52 kq-da Xədicə Qədəşova, -57 kq-da Fidan Qasımova, -63 kq-da Kamila Töhhöliyeva, -70 kq-da Zeynəbxanım Əsədova və +70 kq-da Nuranə Məhərrəmova bütün görüşlərini qələbə ilə bitirərək qalib adını qazanıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.