Bu ilin yayında 16 (U-16) yaşlı oğlan və qızlar, eləcə də 18 (U-18) yaşlı oğlanlar arasında keçiriləcək Avropa çempionatının "C" divizionunda iştirak edəcək Azərbaycan komandalarının rəqibləri müəyyənləşib. Azərbaycan Basketbol Federasiyasından verilən məlumata görə, qızlardan ibarət U-16 yığmamız 18-23 iyul tarixlərində Andorrada keçiriləcək Avropa çempionatının "C" divizionunda, yer aldığı B qrupunda, Andorra, Moldova və Albaniya seçmələri ilə üz-üzə gələcək. Xatırladaq ki, qılardan ibarət yığmamız məhz bu çempionata hazırlıq məqsədi ilə yanvarın 26-dan fevralın 3-dək Ankarada (Türkiyə) təlim-məq toplanışında (TMT) olub. TMT ərəfəsində yığmamız yerli komandalarla 7 yoxlama görüş keçirib və 6-da qalib gəlmişdi..
U-16 oğlan komandamız isə 19-27 iyul tarixlərində Kosovada baş tutacaq analoji yarışa qatılacaq. Onu da qeyd edək ki, yığmamız yer aldığı B qrupunda Albaniya, Kipr, San Marino komandaları ilə yanaşı həm də Ermənistan yığması ilə qarşılaşacaq.
29 iyul - 6 avqust tarixlərində Bakıda 18 (U-18) yaşlı oğlanlar arasında baş tutacaq Avropa çempionatı "C" divizionuna gəlincə, A qrupunda yer alan və ev sahibi olan Azərbaycan Malta, Kipr və Moldova komandaları ilə münasibətlərə yadınlıq gətirəcək.
İNTİQAM Məmmədov
( Sosial şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır )
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.